Tez-tez verilən suallar və onların cavabları
Faizlərin kapitalizasiyası vəsaitin ona hesablanan faiz miqdarında daim artması deməkdir. Digər sözlə, hər dövr üzrə hesablanmış faizlər əsas məbləğin üzərinə gəlir və yeni dövr üçün faizlər bu yeni məbləğ (əsas məbləğ və əvvəlki dövr üzrə hesablanmış faizlərin cəmi) əsasında hesablanır.
Bəli, mümkündür. Bunun üçün siz bu xidməti təklif edən banka müraciət edə bilərsiniz.
Bəli, kredit ödənişini etibar etdiyiniz istənilən şəxs həyata keçirə bilər. Bunun üçün siz, həmin şəxsə hesabın rekvizitlərini və ödəniləcək məbləği bildirməlisiniz.
İnternetdə alış-veriş edərkən sizdən xidmət haqqı tutulmur. Lakin, Sizin ödəniş kartınızdakı vəsaitin valyutası və “online” alış-veriş etdiyiniz valyuta fərqlidirsə Sizdən əlavə konvertasiya haqqı tutula bilər. Məsələn, Sizin ödəniş kartınızda olan pul vəsaiti dollardadırsa və Sizdən elektron ticarəti avro ilə aparmaq tələb edilirsə bu halda hesabınızdakı dollar avroya konvertasiya (ölkədaxili banklar tərəfindən konvertasiya haqqı 0,4-0,5%-dir) olunduqdan sonra əməliyyat həyata keçirilir.
Əmanətlərin sığorta sistemi bank iflas olduğu təqdirdə Sizin əmanətinizin geri qaytarılacağına zəmanət verən bir sistemdir.
Debet kartı emissiya edən banka məxsus bankomatdan pul vəsaiti çıxarıldığı halda, debet kart istifadəçisindən heç bir xidmət haqqı tutulmur. Lakin istifadəçi digər bankın (və ya prossesinq mərkəzinin) ölkə daxili və ya xarici bankomatından pul vəsaiti çıxarıdıqda müəyyən xidmət haqqı tutula bilər. Debet kartlar əsasən sosial yönümlü layihələr (əmək haqqı, pensiya və müavinət və s.) üçün emissiya edilir.
Debet kartında olan vəsait sizin bank hesabınızda olan şəxsi pullarınızdır. Kredit kartında olan məbləğ isə bankın sizə borc verdiyi pullardır.
Pul köçürmələrinin şərtləri coğrafi zona, ödənişin səviyyəsi, pul köçürmələri sistemi və s.-dən asılıdır. Sizə uyğun olan şərtləri seçmək üçün banklara müraciət etməlisiniz.
Xeyr, debet kartda (əmanət hesabında) olan pul vəsaitləri tələb olunanadək depozitlərdir. Belə ki, debet kartındakı pul vəsaitlərindən istənilən vaxt istifadə edilə bilinir.