Tez-tez verilən suallar və onların cavabları
Qısamüddətli depoziti vaxtından tez götürəndə cərimə tətbiq olunur?
İlk növbədə Siz, banka depozit yerləşdirən zaman həmin vəsaitin Sizə hansı müddətə qədər lazım olmayacağını dəqiqləşdirərək müddətini seçməlisiniz. Siz depozitinizi müqavilədə qeyd edilən tarixdən əvvəl geri götürdükdə, banka yerləşdirdiyiniz vəsaiti tam geri götürə biləcəksiniz, lakin bu vəsaitə hesablanan faiz dərəcəsi daha aşağı olacaqdır. Bununla bərabər, əgər Siz faizləri aylıq əldə edirsinizsə, depozitinizi vaxtından əvvəl geri götürdükdə, bank Sizin depozitinizi daha aşağı məbləğlə qaytaracaqdır.
Təqaüd kartından 1% nəyə görə tutulur?
Bu, aktiv karta görə bank tərəfindən tətbiq olunan xidmət haqqıdır (saxlanılma xərci).