Mərkəzi Bank tələbə-gənclər üçün bir sıra təlimlər keçirmişdir.

  • 27 İyun 2019
  • 80 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar cari ilin ikinci yarısında əsas hədəf qruplardan olan tələbə-gənclər üçün bir sıra maarifləndirici təlimlər keçirmişdir. 2019-cu ilin yanvar-iyun aylarında Mərkəzi Bank əsas hədəf qruplardan olan 300-dən artıq tələbə-gənclər üçün 6 maarifləndirici seminar keçirilmişdir. Bunlardan biri cari ilin 29-30 may tarixlərində Mingəçevir Gənclər Evində keçirilmişdir. Təlim zamanı mingəçevirli gənclərə Mərkəzi Bankın elektron resursları olan bizimpullar.az portalı və edu.cbar.az virtual təhsil platforması haqqında məlumat verilmiş, “pul nişanlarının mühafizə elementləri”, “büdcə planlaşdırılması”,”şəxsi vəsaitlərin idarə olunması” və “rəqəmsal ödənişlər” mövzusunda təlimlər verilmişdir.

Həmçinin Gənclər Fondunun karyera və inkişaf mərkəzində 23 aprel, eləcə də 6 - 7 may tarixlərində “Gənclər üçün Maliyyə Savadlılığı” təlimi keçirilmiş və “Yığım” oyunu təşkil edilmişdir. Bu təlimlərdə gənclərə bizimpullar.az portalı və edu.cbar.az virtual təhsil platforması haqqında məlumat verilmiş, “pul nişanlarının mühafizə elementləri”, “büdcə planlaşdırılması”,”şəxsi vəsaitlərin idarə olunması” ilə yanaşı “rəqəmsal ödənişlər” mövzusu da izah edilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

Həmçinin cari ilin 31 may tarixində Mərkəzi Bankın İqtisadi Maarifləndirmə şöbəsinin tərəfindən Binəqədi Gənclər Evində “Maliyyə Savadlılığı” təlimləri keçirilmişdir. Təlim zamanı iştirakçılara bizimpullar.az portalı və edu.cbar.az virtual təhsil platforması haqqında məlumat verilmiş, “Pul nişanlarının mühafizə elementləri” və “Bank əməliyyatları” mövzuları ətraflı izah edilmiş və onların sualları cavablandırılmışdır.

Qeyd edək ki, Mərkəzi Bank sözügendən Strateji Yol xəritəsinin icrasına uyğun tələbə-gənclər üçün bu səpkili təlimləri, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin təşkilini davam etdirəcəkdir.