Mərkəzi Bank İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbində təlim keçirmişdir.

  • 14 Oktyabr 2019
  • 79 baxış

11 oktyabr 2019-cu il, Bakı: Azərbaycan Respublikası “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar Mərkəzi Bankın təşəbbüsü və Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondunun dəstəyi ilə İsmayıllı rayonu Cülyan kənd tam orta məktəbində müəllim kollektivinə və 7-ci sinif şagirdlərinə müvafiq olaraq “Məsuliyyətli borclanma”, “Yığım” mövzuları üzrə maarifləndirmə təlimləri keçirilmişdir. Təlimlər zamanı interaktivlik təmin olunmuş, auditoriyanın sualları cavablandırılmışdir.

Mərkəzi Bankın təşəbbüsü ilə bu səpkili təlimlərin, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.