Mərkəzi Bank Vergilər Nazirliyinin Təlim Mərkəzində növbəti təlim keçirmişdir.

  • 17 Oktyabr 2019
  • 41 baxış

Şamaxı. Azərbaycan Respublikası. “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar Mərkəzi Bank Vergilər Nazirliyinin Təlim Mərkəzində “Məsuliyyətli borclanma” və “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri və mövcud imkanlar” mövzuları üzrə maarifləndirici təlimlər keçirmişdir. Təlim iştirakçılarına Mərkəzi Bankın elektron resusrları (bizimpullar.az, infobank.az, edu.e-cbar.az) haqqında məlumat verilmiş və auditoriyanın sualları cavablandırılmışdir.

Mərkəzi Bankın təşəbbüsü ilə bu səpkili təlimlərin, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.