Bakı şəhərinin 163 nömrəli tam orta məktəbində 8-ci sinif şagirdlərinə “Pul nişanlarımız” mövzusu üzrə maarifləndirici seminar keçirilmişdir

  • 28 Fevral 2020
  • 82 baxış

Azərbaycan Respublikası “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin icrası ilə əlaqədar Bakı şəhərinin 163 nömrəli tam orta məktəbində 8-ci sinif şagirdlərinə “Pul nişanlarımız” mövzusu üzrə maarifləndirici seminar keçirilmiş və Mərkəzi Bankın Maliyyə savadlılığı portalı (www.bizimpullar.az) barədə geniş məlumat verilmişdir. Bundan başqa, məktəblilər cari ilin mart ayında həyata keçiriləcək Avropa Pul Viktorinasının milli mərhələsində iştirak etmək üçün təlimatlandırılmışlar.

Mərkəzi Bankın təşəbbüsü ilə bu səpkili təlimlər, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlər gələcəkdə də davam etdiriləcəkdir.