"İzafi borclanma: problemlər və tövsiyələr" distant kursu istifadəyə verilmişdir.

  • 12 İyun 2020
  • 44 baxış

Əhalinin kreditlə izafi borclanmasının qarşısının alınması üçün təbliğat və maarifləndirmə istiqamətində tədbirlərin keçirilməsi məqsədilə Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən hazırlanmış Tədbirlər Planının icrası çərçivəsində məsuliyyətli kreditləşmə məsələlərinə həsr olunmuş onlayn təlim modulu hazırlanmışdır. Təlim modulunda kredit məhsullarının ümumi xüsusiyyətləri, istehlak kreditləri üzrə ödənişlərin xüsusiyyətləri, kredit potensialının hesablanması, zaminin hüquq və öhdəlikləri üzrə maarifləndirici məlumatlar, izahlar və detallı nümunələr əks olunmuşdur.

Təlimlə aşağıdakı linkdən tanış olmaq mümkündür:

https://edu.e-cbar.az/course/preview.php?id=97