"Bir sual bir cavab" layihəsinə start verilib

  • 8 İyun 2020
  • 42 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq üzrə Əmanət Kassaları Fondu (Sparkassenstiftung Azerbaijan) və ASAN Radionun təqdimatında "Bir sual bir cavab" layihəsinə start verilib. Məqsəd koronavirus pandemiyası zamanı maliyyə savadlılığının artırılması, rəqəmsal, nağdsız ödənişlər və əməliyyatlarla əlaqəli maarifləndirmə işinin aparılmasıdır.

Buraxılışları həftə içi 5 gün, gün ərzində 5 dəfə 100 FM-də dinləyə bilərsiniz.