"Əhalinin rəqəmsal maliyyə savadlılığı" kursu istifadəyə verilmişdir.

  • 24 İyul 2020
  • 13 baxış

Virtual Təhsil Platformasının zənginləşdirilməsi məqsədi ilə IFC ilə birgə iki dildə hazırlanmış "Əhalinin rəqəmsal maliyyə savadlılığı" kursu bu gündən istifadəyə verilmişdir.

Bu təlim bilavasitə müştərilər və əhali ilə işləyən maliyyə-kredit təşkilatlarının (MKT) əməkdaşları üçün nəzərdə tutulub. Mühazirə əhali və cari müştərilərə MKT-larla qarşılıqlı fəaliyyətin rəqəmsal vərdişlərinin aşılanması baxımından faydalı olacaqdır.

Baxmayaraq ki, maliyyə təşkilatlarının əksəriyyəti nağdsız mühit istiqamətində irəliləyir, əhali hələ də bu yeni kanalları qəbul etməli yaxud nağd pullara sadiq qalmalı olub-olmadığından tam əmin deyil. İnsanları narahat edən odur ki, rəqəmsal kanallardan istifadə rahatlığın artmasına, ciddi faydaların yaranmasına yoxsa əlavə məsrəflərin və hələ məlum olmayan təhlükəsizlik risklərinin yaranmasına gətirib çıxaracaq.

Bu təlimi bitirdikdən sonra iştirakçılar:

- Müştərilərə, habelə əhaliyə Elektron və Rəqəmsal Maliyyə Xidmətləri (ERMX) kanallarından istifadənin nağd pul vəsaitinindən istifadə edilməklə aparılan əqdlərlə müqayisədə hansı səbəblərdən onlar üçün sərfəli olduğunu izah edə biləcək,

- Əhaliyə ERMX üzrə əməliyyatların asanlaşdırılması üsullarını öyrədə biləcək,

- Müştərilərə və əhaliyə müxtəlif ERMX məhsul və kanalları arasındakı fərqləri izah edə biləcəklər.

Virtual Təhsil Platformasına daxil olub "Əhalinin rəqəmsal maliyyə savadlılığı" kursuna qeydiyyatdan keçməklə siz də öz rəqəmsal bilik və bacarığınızı artıra bilərsiniz.

Kursun dərslərini buradan əldə edə bilərsiniz:
https://edu.e-cbar.az/course/view.php?id=98 (Azərbaycan dilində altyazı)
https://edu.e-cbar.az/course/view.php?id=96 (Rus dilində)

Kurs ödənişsizdir. Geniş auditoriya üçün nəzərdə tutulub.