Maliyyə sektoru mütəxəssisləri üçün vebinarlar keçirilmişdir

  • 5 Avqust 2020
  • 118 baxış

Mərkəzi Bank “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfi və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində, eyni zamanda “Maliyyə Savadlılığı aylığı” ilə əlaqədar iqtisadi maariflandirmə tədbirlərini davam etdirir.

Fəaliyyət planına əsasən növbəti təlimlər onlayn formatda təşkil olunmuş və bura maliyyə-bank sektorunda çalışanlar cəlb edilmişlər. Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Mastercard və “Jet İnfosistemləri” ASC ilə birgə bank mütəxəssisləri üçün cari ilin 22 iyul tarixində "PCİ DSS standartı", 30 iyul tarixdə "Kiber təhlükəsizlik və fırıldaqçılığa qarşı mübarizə sahələrində təqdim olunan həllər" və 4 avqust tarixində “Rəqəmsal iqtisadiyyat şəraitində bank biznesinin transformasiyası. Dəyər yaratmaq üçün yeni strategiyalar” mövzularında vebinarlar təşkil olunmuşdur.

Ümumilikdə 225 mütəxəssisin iştirak etdiyi vebinarlarda müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.