Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışan könüllülər üçün maliyyə savadlılığı mövzusunda vebinar keçirilmişdir

  • 2 Sentyabr 2020
  • 92 baxış

Mərkəzi Bank “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfi və “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində, iş yerlərində, dövlət və özəl təşkilatlarda maliyyə savadlılığının artırılması istiqamətində tədbirlərin icrasını davam etdirir. Bu tədbirlərin davamı olaraq 2 sentyabr 2020-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyində (DOST) çalışan 35 könüllü üçün “Məsuliyyətli borclanma” və “Rəqəmsal ödənişlər” mövzularında vebinar keçirilmişdir. Mərkəzi Bankın əməkdaşları tərəfindən keçirilmiş vebinarda qeyd olunan mövzular ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.


İş yerlərində maliyyə maarifləndirməsinə, müxtəlif təşkilat və qurumların əməkdaşlarının maliyyə bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verən Mərkəzi Bank növbəti həftələrdə də qeyd olunan istiqamətlər üzrə vebinarların təşkilini nəzərdə tutur.