“Bank işi” kursunun istifadəçilərin sayı 1000 nəfəri ötmüşdür.

  • 29 Sentyabr 2020
  • 36 baxış

Mərkəzi Bankın Virtual Təhsil Platformasında yerləşdirilmiş “Bank işi” kursunun istifadəçilərinin sayı 1000 nəfəri ötmüşdür. Burada boyük rol kursun müəllifi Nigar Cəfərovaya düşür. O, maraqlı və faydalı dərs məzmununun hazırlanması ilə yanaşı, daimi olaraq tələbələrlə əlaqə saxlayıb, yaranan suallara ətraflı izah verib. Bu da öz növbəsində kursun istifadəçilərinin sayına müsbət təsir göstərmişdir.

Bu münasibətlə Nigar Cəfərovaya təşəkkürnamə təqdim olunmuşdur.

Kurs ilə bu linkdən tanış ola bilərsiniz.

Qeyd etmək lazımdır ki, Mərkəzi Bankın Virtual Təhsil Platforması 2017-ci ildən istifadəyə verilmişdir. Platforma heç bir yerdə reklam olunmamasına baxmayaraq, çox saylı istifadəçilərə malikdir. Keçən il ərzində müraciətlərin sayı 167 000 aşmışdır. Resurs istifadəçilər tərəfindən yüksək dəyənləndirilir və digərlərinə tövsiyə olunaraq auditoriyası genişlənir. 

Xüsusi qeyd etmək lazımdır ki, təhsil prosesi ödənişsizdir və özünütəhsil prinsiplərinə əsaslanır. Başqa sözlə, müəllimin vaxtından və digər dinləyicilərin aktivliyindən asılı deyil. İstənilən vaxt istənilən Platformaya qoşulub faydalana bilərsiniz. Hətta sertifikat aldıqdan sonra da resurslardan istifadə etmək mümkündür.

Virtual Təhsil Platformasına bu ünvandan edu.e-cbar.az keçə bilərsiniz.