"Strateji idarəetmə" mövzusunda kurs istifadəyə verilmişdir.

  • 5 Noyabr 2020
  • 53 baxış

Virtual Təhsil Platformasının zəngiləşdirilməsi məqsədi ilə "Strateji İdarəetmə" mövzusunda kurs bu gündən istifadəyə verilmişdir.

https://edu.e-cbar.az/course/view.php?id=80

Bu kurs daxilində strateji idarəetməyə giriş verməklə yanaşı onun bünövrəsini təşkil edən bir sıra mövzular - menecment, təşkilati struktur və onun dizaynı, eləcə də təşkilati mədəniyyət və korporativ idarəetmə istiqaməti üzrə təməl məlumatlar yerləşdirilib.

Bundan əlavə kursun əsasında dayanan mövzular - strateji idarəetmənin əsas mərhələləri olan xarici və daxili mühitin təhlili prosesi və metodları, strateji hədəflərin və planın formalaşdırılması yolları, strategiyanın tətbiqi, eləcə də strategiyanın monitorinqi və qiymətləndirilməsi zamanı diqqət edilməli olan məsələlər barədə geniş məlumat veririb.

Sonda isə liderlik üslubları və strateji liderlik haqqında da müzakirələr aparılmış və strateji idarəetməni həyata keçirmək üçün lazım olan xüsusi bacarıqlar haqqında olan fikirlər qeyd olunub.

Hər bir mövzunun və ümumilikdə kursun sonunda əldə edilmiş biliklərin yoxlanılması üçün müvafiq test tapşırıqları verilmişdir.

Kurs heç bir iqtisadi bilik tələb etmir və geniş kütlə üçün nəzərdə tutulur.

Kurs ödənişsizdir. Geniş auditoriya üçün nəzərdə tutulub.