31 oktyabr - Əmanət Gününün yaranma tarixi ilə bağlı AzTV kanalında reportaj

  • 30 Oktyabr 2020
  • 27 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Cənab Prezidentin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” hədəfinin və 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq tədbirləri davam etdirir.

Bu tədbirlərin işıqlandırılması ilə bağlı 31 oktyabr 2020-ci il AzTV kanalının “İqtisadiyyat Xəbərləri” verilişində Mərkəzi Bankın Maliyyə Savadlılığı şöbəsinin əhalinin maarifləndirilməsi istiqamətində görülmüş işlər barəsində, 31 oktyabr - Əmanət Gününün yaranma tarixi ilə bağlı eləcədə Respublikamızda ilk dəfə Əmanət Gününün Mərkəzi Bank tərəfindən 2012-ci ildən başlayaraq mütəmadi olaraq keçirilməsi və Əmanət Günü ilə bağlı hədəf qruplarımız olan məktəblilər, tələbələr, müəllimlər və s. qruplarla maarifləndirici tədbirlərin keçirilməsi haqqında məlumat verilmişdir. Bundan başqa Elektron resurslarımız olan Maliyyə Savadlılığı portalı, Virtual Təhsil Platforması və Maliyyə Məhsul və xidmətlərinin Məlumat-Axtarış Sistemi haqqında ətraflı məlumat verilmişdir.

Videoreportaj ilə buradan tanış olmaq olar: https://www.youtube.com/watch?v=n0oYEtJ8qcI