“Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı rəsm və inşa müsabiqəsi.

  • 10 Fevral 2021
  • 533 baxış

2021-ci il “Nizami Gəncəvi ili” çərçivəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı məktəblilər arasında, 2021-ci ilin 10 fevral – 10 mart tarixlərini əhatə edən “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqələri elan edir.

Müsabiqənin keçirilməsində məqsəd məktəbliləri Nizami Gəncəvi yaradıcılığında israfçılığın tənqidi, pulun dəyəri, qənaət və yığım vərdişlərinə dair fikirlərlə tanış etməklə onların maliyyə savadlılığı üzrə bilik və bacarıqlarını artırmaqdır.

Müsabiqə haqqında ətraflı məlumatı https://nizami880.cbar.az/ ünvanından əldə edə bilərsiniz.