Məktəblilər üçün maliyyə savadlılığına dair seminar

  • 11 Fevral 2021
  • 91 baxış

Mərkəzi Bank geniş ictimaiyyətin, o cümlədən şagird və müəllimlərin maliyyə savadlılığının artırılmasına böyük əhəmiyyət verir və bu istiqamətində silsilə tədbirlər həyata keçirir. Belə tədbirlərin davamı olaraq 10 fevral 2021-ci il tarixində MiniBoss biznes məktəbinin bir qrup şagird və müəlliminə Mərkəzi Bankın funksiyaları və fəaliyyət istiqamətləri, milli pul nişanlarımız və onların mühafizə elementləri barəsində təqdimatlar edilmiş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. Şagirdlər, həmçinin Mərkəzi Bankın Maliyyə savadlılığına dair elektron resursları ilə tanış edilmiş, onlara büdcənin tərtibi və yığım vərdişlərinə dair məlumatlar verilmiş, habelə əyləncəli oyunlar təşkil olunmuşdur.