Tələbə və müəllimlər üçün maliyyə savadlılığına dair seminarlar

  • 22 Fevral 2021
  • 104 baxış

Mərkəzi Bankın təşkilatçılığı və Bank Tədris Mərkəzinin iştirakı ilə cari ilin yanvar - fevral aylarında Sumqayıt Dövlət Universitetinin 140 tələbəsi, 43 müəllim və əməkdaşı, habelə Bakı Musiqi Akademiyasının 112 tələbə və 12 əməkdaşı üçün “Rəqəmsal ödənişlərin üstünlükləri”, “Sığorta” və “Məsuliyyətli borclanma” mövzularında virtual təlimlər keçirlmişdir.

Bundan əlavə, Azərbaycan Universitetinin 140 tələbəsi üçün “Rəqəmsal ödənişlərin üstünlükləri” adlı vebinar təşkil olunmuşdur.

Seminarları Azərbaycan Bank Tədris Mərkəzinin Biznesin inkişafı meneceri Rauf Ağayev, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin mütəxəssisi Rəşad Qasımov, Sığorta fəaliyyətinə nəzarət departamentinin aparıcı analitiki Afət Həsənova aparıblar. Maliyyə savadlılığı şöbəsinin mütəxəssisi Fərəh Əliyeva seminar iştirakçılarını Mərkəzi Bankın Maliyyə savadlılığı üçün hazırlanmış zəngin elektron resurslarla - Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi (https://infobank.az/), Virtual təhsil platforması (https://edu.e-cbar.az/) və Maliyyə savadlılığı portalı (https://www.bizimpullar.az/) ilə tanış etmişdir.