DOST Agentliyinin əməkdaşları üçün Maliyyə savadlılığı təlimləri keçirilmişdir

  • 18 Mart 2021
  • 128 baxış

15, 17 və 18 mart 2021-ci il tarixində DOST Agentliyi əməkdaçları üçün 3 sessiyadan ibarət “Siğorta”, “Daşınmaz əmlakın icbari sığortası”, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Rəqəmsal ödənişlərin üstünlükləri” , “İzafi borclanma”, “Milli pul nişanlarının təhlükəsizlik elementləri” mövzuları onlayn platformada tədris olunmuş və iştirakçıların sualları ətraflı cavablandırılmışdır. Təlim iştirakçılarına Mərkəzi Bankın elekton resursları “Maliyyə Savadlılığı portalı” (bizimpullar.az), “Virtual təhsil platforması” (edu.e-cbar.az) və “Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi“ (infobank.az) barədə geniş məlumat da verilmişdir.

Vebinarları Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Xəyaləddin Tağıyev, kiçik mütəxəssisi Araz Həsənzadə, habelə Azərbaycan Bank Tədris Mərkəzinin eksperti Rauf Ağayev, İstehlakçılarla iş departamentinin böyük mütəxəssisləri Lamiyə Qaralova və Şəhriyar Habilov, mütəxəssisi Pərvin Qəhrəmanova aparıblar. Vebinarlarda 289 iştirak olmuşdur. 

Mərkəzi Bankın təşəbbüsü ilə Maliyyə Savadlılığı çərçivəsində təşkil edilən bu səpkili təlimlərin, eləcə də əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirlərin gələcəkdə də keçirilməsi nəzərdə tutulur.