Bakı Dövlət Universiteti və Azərbaycan Universitetinin tələbələri üçün maliyyə savadlılığı seminarları

  • 1 Aprel 2021
  • 97 baxış

Mərkəzi Bankın təşkilatçılığı ilə 05, 12 və 18 mart 2021-ci il tarixində Azərbaycan Universitetinin 139 tələbəsi üçün “Məsuliyyətli borclanma” mövzusunda vebinar keçirilmişdir.

Bakı Dövlət Universitetinin 219 müəllim və tələbəsi üçün 02 mart 2021-ci il tarixində “Rəqəmsal ödənişlərin üstünlükləri”, 03 mart 2021-ci il tarixində 89 müəllim və tələbəsi üçün “Sığorta” və 09,10,11 mart 2021-ci il tarixlərində 73 müəllim və tələbəsi üçün “Məsuliyyətli borclanma” adlı təlimlər keçirilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Seminarları Azərbaycan Bank Tədris Mərkəzinin Biznesin inkişafı meneceri Rauf Ağayev, Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin mütəxəssisi Rəşad Qasımov, Sığorta fəaliyyətinə nəzarət departamentinin aparıcı analitiki Afət Həsənova aparıblar. Maliyyə savadlılığı şöbəsinin mütəxəssisi Fərəh Əliyeva seminar iştirakçılarını Mərkəzi Bankın Maliyyə savadlılığı üçün hazırlanmış zəngin elektron resurslarla - Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi (https://infobank.az/), Virtual təhsil platforması (https://edu.e-cbar.az/) və Maliyyə savadlılığı portalı (https://www.bizimpullar.az/) ilə tanış etmişdir.