Şagirdlər üçün maliyyə savadlılığı mövzusunda seminarlar

  • 22 Aprel 2021
  • 184 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı maarifləndirmə tədbirləri çərçivəsində hədəf qruplardan olan məktəblilər üçün maliyyə savadlılığına dair ardıcıl seminarlar keçirir. Bu tədbirlərin davamı olaraq 22 aprel 2021-ci il tarixində Xəzər Universiteti nəzdində fəaliyyət göstərən Dünya Məktəbinin yuxarı sinif şagirdləri üçün “Mərkəzi bankçılıq”, “Büdcə və yığım”, “Milli pul nişanları və onların mühafizə elementləri” və “Sığorta” mövzularında ingilis dilində maarifləndirici təqdimatlar edilmiş, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Seminar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Vüsal Həsənov, Suğra Ağayeva, Pərvin Qəhrəmanova və Sığorta fəaliyyətinə nəzarət departamentinin Sığorta vasitəçilərinə nəzarət bölməsinin əməkdaşı Ceyhun Əliyev tərəfindən aparılmışdır.

Seminarlarda məktəblilər Mərkəzi Bankın təşəbbüsü ilə yaradılmış zəngin elektron resurslarla tanış olmuş, eyni zamanda büdcənin tərtibi və yığım vərdişləri barədə praktiki məşğələlərdə iştirak etmişlər.

Məktəblilərin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.