Şagirdlər üçün maliyyə savadlılığı mövzusunda növbəti seminar keçirilmişdir

  • 29 Aprel 2021
  • 182 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı maarifləndirmə tədbirləri çərçivəsində hədəf qruplardan olan məktəblilər üçün maliyyə savadlılığına dair ardıcıl seminarlar keçirir. 28 aprel 2021-ci il tarixində Maliyyə savadlılığı şöbəsinin qonaqları 200 №-li Məktəb-Lisey Kompleksinin VI, VII və IX sinif şagirdləri oldular. Onlar üçün “Maliyyə savadlılığı və e-resurslar”, “Büdcə və yığım”, “Milli pul nişanları və onların mühafizə elementləri” və “Sığorta” mövzularında maarifləndirici təqdimatlar edilmiş, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Seminar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Vüsal Həsənov, Suğra Ağayeva, Pərvin Qəhrəmanova və Sığorta fəaliyyətinə nəzarət departamentinin Siyasət və metodologiya şöbəsinin əməkdaşı Afət Həsənova tərəfindən aparılmışdır. Olduqca interaktiv keçən seminarda məktəblilər Mərkəzi Bankın təşəbbüsü ilə yaradılmış elektron resurslarla tanış olmuş, eyni zamanda büdcənin tərtibi və yığım vərdişləri barədə praktiki məşğələlərdə iştirak etmişlər.


Yeni tədbirlərin təşkili üzrə işlər davam edir.