Banklar və bank olmayan kredit təşkilatlarının əməkdaşları üçün vebinarlar

  • 30 Aprel 2021
  • 112 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankının müxtəlif hədəf qruplarına, o cümlədən maliyyə sektorunda çalışan mütəxəssislərə maliyyə savadlılığı və digər mövzularda vebinarları davam edir.

27 və 30 aprel 2021-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə banklar və bank olmayan kredit təşkilatlarının əməkdaşlarına təşkilati bacarıqlar (soft skills) və maliyyə savadlılığına dair vebinarlar təşkil edilmişdir. Təlimlərdə 151 iştirak olmuş və iştirakçıların sualları ətraflı cavablandırılmışdır. Eyni zamanda, iştirakçılara Mərkəzi Bankın zəngin elekton resursları “Maliyyə Savadlılığı portalı” (bizimpullar.az), “Virtual təhsil platforması” (edu.e-cbar.az) və “Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi“ (infobank.az) barədə geniş məlumat verilmişdir.

Mərkəzi Bankın maliyyə savadlılığının artırılması istiqamətində müxtəlif hədəf qruplarına yönəlmiş bu səpkili təlimlərinin təşkili işləri davam etdirilir.