Şagirdlər üçün maliyyə savadlılığı mövzusunda növbəti seminar

  • 6 May 2021
  • 528 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı maarifləndirmə tədbirləri çərçivəsində hədəf qruplardan olan məktəblilər üçün maliyyə savadlılığına dair ardıcıl seminarlar keçirir. 6 may 2021-ci il tarixində Kaspi Təhsil Mərkəzinin Lənkəran Nümayəndəliyinin VIII, IX, X və XI sinif şagirdləri üçün “Maliyyə savadlılığı və e-resurslar”, “Büdcə və yığım”, “Yeni pul əskinaslarımız və onların mühafizə elementləri” və “Sığorta” mövzularında maarifləndirici təqdimatlar edilmiş, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılmışdır. Seminar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Vüsal Həsənov, Suğra Ağayeva, Pərvin Qəhrəmanova və Sığorta fəaliyyətinə nəzarət departamentinin Siyasət və metodologiya şöbəsinin əməkdaşı Afət Həsənova tərəfindən aparılmışdır. Seminarda məktəblilər həmçinin Mərkəzi Bankın təşəbbüsü ilə yaradılmış elektron resurslarla tanış olmuş, eyni zamanda büdcənin tərtibi və yığım vərdişləri barədə praktiki məşğələlərdə iştirak etmişlər.

Məktəblilərin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.