Hacıqabul şəhər 2 və 9 saylı məktəblərin 7 və 8-ci sinif şagirdləri üçün seminarlar

  • 3 İyun 2021
  • 177 baxış

02 iyun 2021-ci il tarixində Hacıqabul şəhər 2 və 9 saylı məktəblərin 7 və 8-ci sinif şagirdləri üçün “E-resurslar və rəqəmsal ödənişlər”, “Büdcə”, “Pul əskinaslarımız”, “Sığortanın mahiyyəti”, “Qənaət və israf” mövzularında seminarlar verilmişdir. Seminarlar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Vüsal Həsənov, Suğra Ağayeva, Pərvin Qəhrəmanova, Fərəh Əliyeva və Sığorta fəaliyyətinə nəzarət departamentinin Siyasət və metodologiya şöbəsinin aparıcı analitiki Afət Həsənova tərəfindən aparılmışdır. Seminarda məktəblilər suallar verməklə yanaşı, həm də pula necə qənaət etdiklərindən, hansı məqsədlə pul yığdıqlarından maraqla bəhs etmişdirlər.

Məktəblilərin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu tədbirlərin təşkili davam edir.