"Open API. İlkin şərtlər və əsas anlayışlar" distant maarifləndirici təlim istifadəyə verildi

  • 7 İyun 2021
  • 59 baxış

Maliyyə sahəsində ən çox müzakirə edilən mövzulardan biri olan Open API konsepsiyası “Açıq bankçılıq” ideyasına əsaslanır.

Açıq bankçılıqda maliyyə təşkilatları pul vəsaitlərinin köçürülməsi, əmanətlərin saxlanılması və digər lisenziyalı funksiyaları özləri yerinə yetirir. Bu halda pul köçürmələri, hesabların açılması və digər əməliyyatların həyata keçirilməsi üçün fərqli interfeyslərin (tətbiqlərin) yaradılmasını qeyri-maliyyə vasitəçiləri də reallaşdıra biləcəklər. Bu da tamamilə yeni biznes modellərin, geniş çeşidli interfeyslərin və xidmətlərin yaradılmasına təkan verəcəkdir.

Təlimdə “Açıq bankçılığ”ın əsas anlayışlarından, onun tətbiqindən bəhs edilir. Nümunə kimi, Maliyyə sektorunda Open API-nin praktik tərəflərinin detallarına baxan, bu yöndə ilk qanunvericilik təşəbbüsü olan İkinci ödənişlər direktivi göstərilir. Eyni zamanda, “Açıq bankçılığ”ın təhlükələri və mümkün iqtisadiyyatı da nəzərə alınır.

Mühazirə həm bank işçiləri, həm də maliyyə sahəsinin gələcəyi ilə maraqlananlara faydalı olacaqdır.

Dünya Bankı Qrupunun Elektron və Rəqəmsal Maliyyə Xidmətləri Layihəsi Dünya Bankı Qrupunun üzvü olan IFC tərəfindən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

Təlimlə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://edu.e-cbar.az/course/view.php?id=92

Təlim ödənişsizdir. Geniş auditoriya üçün nəzərdə tutulub.