Ağdam rayonunun məktəbliləri üçün Maliyyə savadlılığı seminarları

  • 8 İyun 2021
  • 156 baxış

08 iyun 2021-ci il tarixində Ağdam rayonunun Mingəçevir və Bərdə rayonlarında məskunlaşmış 1, 50, 51 və 52 saylı məktəblərinin 7 və 8-ci sinif şagirdləri üçün “Qənaət və israf”, “Sığortanın mahiyyəti”, “Pul əskinaslarımız”, “Yığım”, “E-resurslar və rəqəmsal ödənişlər” mövzularında maarifləndirici təqdimatlar edilmişdir.

Mövzulara böyük maraq göstərən şagird və müəllimlər suallar vermis, maraqlı müzakirələr etmişdirlər. Seminar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Pərvin Qəhrəmanova, Fərəh Əliyeva, Lamiyə Qaralova, Vüsal Həsənov və Sığorta fəaliyyətinə nəzarət departamentinin Siyasət və metodologiya şöbəsinin aparıcı analitiki Afət Həsənova tərəfindən aparılmışdır. 

Məktəblilərin maliyyə bilik və bacarıqlarının artırılması şöbənin əsas işlərindən biridir və bu istiqamətdə tədbirlərin təşkili davam edir.