Mərkəzi Bank maliyyə maarifləndirməsi istiqamətində “Veysəloğlu” Şirkətlər Qrupu əməkdaşları üçün onlayn təlim keçirmişdir

  • 16 İyul 2021
  • 104 baxış

15 iyul 2021-ci il tarixində “Veysəloğlu” Şirkətlər Qrupu əməkdaşları üçün “İstehlak büdcəsi” mövzusunda seminar virtual təqdim olunmuş və iştirakçılarla mövzuya dair maraqlı müzakirələr aparılmışdı. Təlim iştirakçılarına həmçinin Mərkəzi Bankın elekton resursları –“Maliyyə Savadlılığı portalı” (bizimpullar.az), “Virtual təhsil platforması” (edu.e-cbar.az) və “Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi“ (infobank.az) barədə geniş məlumat verilmişdir.

34 nəfər iştirakçının qatıldığı tədbiri İstehlakçılarla iş departamentinin böyük mütəxəssisi Lamiyə Qaralova aparmışdır. 

Maliyyə savadlılığı istiqamətində təlimlərin təşkili davam edir.