Dövlət Məşğulluq Agentliyinin əməkdaşları üçün maliyyə savadlılığı vebinarları

  • 16 İyul 2021
  • 96 baxış

6 - 16 iyul 2021-ci il tarixlərində Dövlət Məşğulluq Agentliyinin 300 nəfərə yaxın əməkdaşına 6 vebinar təşkil edilmişdir. Təlimlər “İstehlak büdcəsi”, “Asan kredit: Alım ya qalım” və “Vətəndaşlar üçün sığorta xidmətləri” mövzularını əhatə etmişdir. Təlim iştirakçılarına Mərkəzi Bankın elekton resursları “Maliyyə Savadlılığı portalı” (https://bizimpullar.az/) və “Maliyyə məhsul və xidmətlərinin axtarış sistemi“ (https://infobank.az/) barədə geniş məlumat da verilmişdir.

Vebinarları Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Rauf Ağayev və Pərviz Guliyev, o cümlədən İstehlakçılarla iş departamenti Maliyyə savadlılığı şöbəsinin böyük mütəxəssisi Lamiyə Qaralova aparmışlar.

Maliyyə Savadlılığı mövzusunda təlimlərin təşkili davam etdirilir.