Dövlət Gömrük Komitəsi Akademiyasının əməkdaşları üçün maliyyə savadlılığı vebinarları

  • 29 İyul 2021
  • 98 baxış

22-29 iyul 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Akademiyasının 20-dən çox əməkdaşı üçün 7 vebinar təşkil edilmişdir. Seminarlar “Maliyyə savadlılığı və e-resurslar”, “İstehlakçı büdcəsi”, “Rəqəmsal ödənişlərin üstünlükləri”, “Vətəndaşlar üçün sığorta xidmətləri”, “İstehlak kreditinin xüsusiyyətləri”, “Zaminlik və ödəniş potensialının hesablanması” və “İpoteka krediti” mövzularını əhatə etmişdir. 

Vebinarlar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Vüsal Həsənov və Lamiyə Qaralova, Ödəniş sistemləri və hesablaşmalar departamentinin əməkdaşı Araz Həsənzadə, o cümlədən Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Rauf Ağayev, Pərviz Quliyev və Ruqiyyə Hacızadə tərəfindən aparılmışdır. Seminarda iştirakçılar Mərkəzi Bankın təşəbbüsü ilə yaradılmış elektron resurslarla ətraflı tanış olmuş, bu və ya digər maliyyə məsələlərinin həlli üçün Mərkəzi Bankın xidmətlərindən və informasiya resurslarından necə istifadə edilməsi yolları barədə geniş məlumat əldə etmişlər. 

Maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.