Şəhid övladları üçün maliyyə savadlılığı seminarları

  • 30 İyul 2021
  • 132 baxış

29 iyul 2021-ci ildə Mərkəzi Bankın əməkdaşları “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə Lənkaran şəhərində şəhid övladları üçün təşkil edilmiş yay düşərgəsində Maliyyə savadlılığı mövzusunda seminarlar vermişdirlər.

Yaşlarına görə iki qrupa bölünmüş uşaqlar əyləncəli dizayn edilmiş seminarlarda fəal iştirak etmiş və onları maraqlandıran çoxlu suallar vermişdirlər.

Seminarlar “Büdcə və yığım”, “Sığorta”, “Milli pul nişanlarımız”, “Rəqəmsal ödənişlər” kimi mövzuları əhatə etmişdir. Seminarları Mərkəzi Bankın əməkdaşları Aytən Hacıyeva, Afət Həsənova, Qəhrəman Paşayev və Araz Həsənzadə aparmışdırlar.

 Daha ətraflı buradan: https://www.facebook.com/100063492521136/posts/220187866774296/?d=n