“Qaliblər” düşərgəsinin könüllüləri üçün “Maliyyə savadlılığı və peşəkar karyeraya aparan yol” proqramı

  • 4 Avqust 2021
  • 203 baxış

2 avqust 2021-ci ildə Mərkəzi Bankda For Azerbaijan xeyriyyə təşkilatı (https://forazerbaijan.org/az/) və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə layihəsi olan “Qaliblər düşərgəsi”nin könüllüləri üçün “Maliyyə savadlılığı və peşəkar karyeraya aparan yol” proqramı başlamışdır. Proqrama 30-a yaxın tələbə qoşulmuşdur.

Tədbirdə tələbələrə “CareerEdge” modeli təqdim edilmiş, bu modelin tətbiqinin onların karyeraları üçün böyük əhəmiyyəti vurğulanmışdır. Bundan əlavə tələbələrə maliyyə inkluzivliyinin və savadlılığının artırılması üçün Mərkəzi Bankın e-resurslar təqdim edilmişdir. 

Proqramın başlanğıcında iştirakçılar Mərkəzi Bankın Virtual təhsil platformasındakı (https://edu.e-cbar.az/) ən azı 2 dərsdə iştirak edəcəklər. Bundan sonra gənclərə 21 mövzuda maliyyə savadlılığı, bank işi, sığorta fəaliyyəti, karyera planlaması və yumşaq bacarıqlara dair seminarlar təşkil ediləcəkdir.