Şəhid övladları üçün maliyyə savadlılığı seminarları

  • 4 Avqust 2021
  • 210 baxış

03 avqust 2021-ci ildə Mərkəzi Bankın əməkdaşları “YAŞAT” Fondu və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə Lənkaran şəhərində təşkil edilmiş yay düşərgəsinin 3-cü həftəsinə qoşulan şəhid övladları üçün Maliyyə savadlılığı mövzusunda seminarlar təşkil etmişdirlər.

Bündan əvvəlki həftədə olduğu kimi bu uşaqlar da 8-11 yaş qruplarında idilər. “Büdcə və yığım”, “Sığorta”, “Milli pul nişanlarımız”, “Rəqəmsal ödənişlər” adlı seminarlarda iştirak edən uşaqıar həm də Nizami Gəncəvinin qənaət, yığım və zəhmətkeşliyin tərənnüm edildiyi sevdikləri beytlərini oxumuşdular.

Seminarları Aytən Hacıyeva, Afət Həsənova, Araz Həsənzadə və Qəhrəman Paşayev aparmışdırlar.

Daha çox şəkil burada: https://www.facebook.com/media/set/?set=a.223925859733830&type=3