Şəhid övladları üçün maliyyə savadlılığı seminarları

  • 25 Avqust 2021
  • 160 baxış

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün həyata keçirilən "YAŞAT" düşərgəsinin 6-сı sonuncu həftəsində də şagirdlər üçün, Maliyyə savadlılığı seminarları təqdim edildi. Seminarlar Mərkəzi Bankın İstehlakçılarla iş departamenti Maliyyə savadlılığı şöbəsinin rəisi Xumar Hüseynova, mütəxəssisi Pərvin Qəhrəmanova və Azərbaycan Sığortaçılar Assosasiyası Tədris Mərkəzinin direktor müavini Babək Məmmədov tərəfindən verilmişdir. 

Şagirdlər “Sığortanın mahiyyəti”, “Maliyyə savadlılığı nədir?”, “İstehlakçı büdcəsinin planlaşdırlıması”, “Milli pul nişanlarımız və onların mühafizə elementləri” və “Neyromarketinq” mövzularında seminarlarda fəal iştirak etmişdirlər.

Daha çox şəkillər burada: https://www.facebook.com/media/set/?set=a.238902908236125&type=3