Mərkəzi Bankın internaları üçün maliyyə savadlılığı vebinarları

  • 9 Sentyabr 2021
  • 176 baxış

1-7 sentyabr 2021-ci il tarixlərində Mərkəzi Bankda 30-a yaxın interna üçün 5 vebinar təşkil edilmişdir. Təlimlər “İstehlakçı büdcəsi”, “Neyromarketinq”, “Əmanətlərin sığortalanması”, “Vətəndaşlar üçün sığorta xidmətləri” və “İstehlak kreditinin xüsusiyyətləri” mövzularını əhatə etmişdir. Seminarda iştirakçılara qeyd olunan mövzular ilə bağlı ətraflı məlumatlar verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Vebinarlar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Lamiyə Qaralova və Pərvin Qəhrəmanova, Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Rauf Ağayev və Pərviz Quliyev, o cümlədən Vəkillər Kollegiyasının üzvü Pərviz Hüseynov tərəfindən aparılmışdır.