“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları üçün sığorta mövzusunda vebinarlar keçirilmişdir

  • 10 Sentyabr 2021
  • 56 baxış

5-26 avqust 2021-ci il tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin 140-a yaxın əməkdaşı üçün “Vətəndaşlar üçün sığorta xidmətləri” mövzusunda vebinarlar təşkil edilmişdir. Seminarda iştirakçılara sığorta xidmətləri ilə bağlı ətraflı məlumatlar verilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır. Vebinarlar Azərbaycan Bank Tədris Mərkəzinin eksperti Pərviz Quliyev tərəfindən aparılmışdır.