Aztəminatlı gənclərə Maliyyə savadlılığı seminarları

  • 13 Sentyabr 2021
  • 128 baxış

12 sentyabr 2021-ci il tarixində LU-MUN Holding-in təşəbbüsü ilə aztəminatlı gənclərə Maliyyə savadlılığı seminarları verilmişdir. Seminarları Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Fərəh Əliyeva və Aytən Hacıyeva keçirtmişdirlər. Seminarda “İstehlakçı büdcəsi”, “Mərkəzi Bankın elektron resursları” mövzuları əhatə edilmiş və büdcənin tərtibinə dair praktik tapşırıq işlənilmişdir.