Naxçıvan Muxtar Respublikasının Bank İdarəsinin əməkdaşları üçün vebinarlar

  • 24 Sentyabr 2021
  • 157 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankının regional mərkəzlərinin əməkdaşları üçün Regional İnkişaf Proqramına uyğun olaraq Maliyyə Savadlılığı mövzusunda vebinarlar keçirilib.

09-23 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Bank İdarəsinin əməkdaşları üçün “Maliyyə savadlılığı nədir?”, “Mərkəzi Bankın Maliyyə Savadlılığı portalı və elektron resurslar”, “Zaminlik”, “Əmanətlərin sığortalanması”, “Sığorta maarifləndirilməsi”, “Asan kredit”, “Neyromarketinq”, “İstehlakçı büdcəsi” və “İpoteka” adlı təlimlər keçirilmiş və mövzu ətrafında suallar cavablandırılmışdır.

Telimlər Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Rauf Ağayev, Ruqiyə Hacızadə, Pərviz Quliyev, Vəkillər Kollegiyasının üzvü Pərviz Hüseynov və Azərbaycan Mərkəzi Bankının əməkdaşları Vüsal Həsənov, Lamiya Qaralova, Fərəh Əliyeva və Pərvin Qəhrəmanova tərəfindən keçirilmişdir.