Mərkəzi Bankın Regional Mərkəzlərinin əməkdaşları üçün maliyyə savadlılığına dair seminarlar keçirilmişdir

  • 12 Oktyabr 2021
  • 66 baxış

Azərbaycan Respublikasının Mərkəzi Bankı iş yerlərində maliyyə savadlılığının artırılması tədbirlərinin davamı olaraq 04-11 oktyabr 2021-ci il tarixində Mərkəzi Bankın Biləsuvar, Gəncə, Quba Regional Mərkəzlərinin və Sumqayıt, Yevlax Ehtiyat Mərkəzlərinin əməkdaşları üçün maarifləndirici seminarlar keçirmişdir.

Seminarlarda “Maliyyə savadlılığı nədir?”, “Asan kredit”, “Zaminlik”, “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri”, “İpoteka”, “Neyromarketinq” mövzuları əhatə olunmuş, Mərkəzi Bankın Maliyyə Savadlılığı portalı və elektron resurslarına dair ətraflı məlumat təqdim edilmişdir. Seminarlar Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Rauf Ağayev, Ruqiyyə Hacızadə və Azərbaycan Mərkəzi Bankının əməkdaşları Vüsal Həsənov, Rəşad Qasımov, Fərəh Əliyeva və Pərvin Qəhrəmanova tərəfindən aparılmışdır. Seminar zamanı mövzular ətrafında müzakirələr olmuş və iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.