Mərkəzi Bankda ənənəvi olaraq qeyd olunan növbəti "Maliyyə savadlılığı ayı" başlamışdır

  • 2 Noyabr 2021
  • 123 baxış

Hər ilin noyabr ayı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən "Maliyyə savadlılığı ayı" kimi müxtəlif tədbirlərlə qeyd edilir.

Cari ildə Maliyyə savadlılığı ayının ilk günündə Mərkəzi Bank Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən ASAN Könüllülük Məktəbi ilə birgə "Rəqəmsal Dünyada Maliyyə Savadlılığı" adlı təlim proqramına başlamışdır. Həmçinin Maliyyə savadlılığı ayının ilk günündə “Uşaqlar üçün sığorta” virtual kursu üzrə müsabiqə və “Sığorta uşaqların gözü ilə” mövzusunda rəsm müsabiqəsi elan edilmişdir.


Ətraflı məlumat üçün baxın:

https://www.cbar.az/press-release-3366/azrbaycan-respublikasinin-mrkzi-banki-maliyy-savadliligi-ayinda-usaqlar-ucun-sigorta-movzusunda-iki-musabiq-elan-edir?fbclid=IwAR1PvX3nVfQxteS2WboQZBoB_M1jmmqltnxP12EBPS8bB_fz_FzrSF4y3Nc