ASAN könüllüləri üçün “Rəqəmsal Dünyada Maliyyə Savadlılığı” adlı təlimproqramı yekunlaşmışdır

  • 17 Noyabr 2021
  • 182 baxış

01-12 noyabr 2021-ci il tarixlərində Mərkəzi Bank Azərbaycan RespublikasınınPrezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə DövlətAgentliyinin nəzdində fəaliyyət göstərən ASAN Könüllülük Məktəbi ilə birgə “RəqəmsalDünyada Maliyyə Savadlılığı” adlı təlim proqramı çərçivəsində 20 könüllü üçün təlimlərtəşkil etmişdir. Təlimlər “Maliyyə savadlılığı və e-resurslar”, “Kriptovalyutalar vərəqəmsal bankçılıq”, “İstehlakçı büdcəsi”, “Rəqəmsal ödənişlərin üstünlükləri”,“Vətəndaşlar üçün sığorta xidmətləri”, “İstehlak kreditinin xüsusiyyətləri”, “Zaminlik vəödəniş potensialının hesablanması”, “İpoteka krediti”, “Neyromarketinq” və “Əmanətlərinsığortalanması” mövzularını əhatə etmişdir. 

Seminarlar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığışöbəsinin əməkdaşları Vüsal Həsənov, Pərvin Qəhrəmanova, Lamiyə Qaralova, Ödənişsistemləri və hesablaşmalar departamentinin əməkdaşı Rəşad Qasımov, İnformasiyatexnologiyaları departamentinin əməkdaşı Sahib Həsənov, o cümlədən AzərbaycanBank Tədris Mərkəzinin ekspertləri Rauf Ağayev, Pərviz Quliyev, Ruqiyyə Hacızadə vəVəkillər kollegiyasının üzvü, müstəqil ekspert Pərviz Hüseynov tərəfindən aparılmışdır.Yekunda iştirakçılara sertifikat və hədiyyələr təqdim edilmişdir.Maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş bu tədbirlərin gələcəkdə də davametdirilməsi nəzərdə tutulur.