Turizm Universitetinin tələbələri üçün Maliyyə savadlılığı seminarları

  • 25 Noyabr 2021
  • 52 baxış

16-24 noyabr 2021-ci il tarixlərində Turizm Universitetinin 20-yə yaxın tələbəsinə 7 vebinar təşkil edilmişdir. Təlimlər “Maliyyə savadlılığı nədir?”, “Rəqəmsal ödənişlərdən istifadənin üstünlükləri”, “İstehlakçı büdcəsi”, “Neyromarketinq”, “Əmanətlərin sığortalanması”, “İstehlak kreditinin xüsusiyyətləri”, “İpoteka” və “Zaminlik” mövzularını əhatə etmişdir. Seminarda iştirakçılara Mərkəzi Bankın elektron resursları Maliyyə savadlılığı portalı (bizimpullar.az), Virtual təhsil platforması(edu.e-cbar.az), Maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi (infobank.az) haqqında da məlumatlar verilmiş, və onları maraqlandıran suallar cavablandırılmışdır.

Vebinarlar Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşları Vüsal Həsənov, Fərəh Əliyeva, Lamiyə Qaralova, Pərvin Qəhrəmanova, Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri Rauf Ağayev və Ruqiyyə Hacızadə, o cümlədən Vəkillər Kollegiyasının üzvü Pərviz Hüseynov tərəfindən aparılmışdır.