“Üçüncü Bahar” sosial layihəsi iştirakçılarına təlim keçirilmişdir

  • 20 Dekabr 2021
  • 75 baxış

17 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Üçüncü Bahar” sosial layihəsinin iştirakçıları olan təqaüdçülər üçün maliyyə savadlılığı çərçivəsində “Neyromarketinq” və “Əmanətlərin sığortalanması” mövzularında təlim təşkil olunmuşdur. Təlim iştirakçıları ilə mövzular ətrafında disskusiya aparılmış və onların sualları cavablandırılmışdır.

Mövzular Mərkəzi Bankın İstehlakçılarla iş departamentinin Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Pərvin Qəhrəmanova və Vəkillər Kollegiyasının üzvu Pərviz Hüseynov tərəfindən təqdim olunmuşdur.