Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin uğurlu şagirdləri Mərkəzi Bankda

15 may 2023-cü il tarixində Mərkəzi Bankın və VISA Beynəlxalq Kart Təşkilatının dəstəyi ilə Qlobal Pul Həftəsində keçirilən müsabiqənin qalibləri, habelə “Uşaqlar və Pullar” virtual kursunda müsabiqədən kənar uğurlu iştirakçıları olan Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksinin 57 şagirdilə Mərkəzi Bankda görüş keçirilmişdir.
Görüş iştirakçılarına qazandıqları nailiyyətlərə görə sertifikatlar və hədiyyələr təqdim edilmiş, hər bir istehlakçıya zəruri olacaq elektron resurslar (infobank.az, bizimpullar.az) barəsində məlumat verilmişdir.
Görüşə müəllimlər və valideynlər də qatılmışdılar.
Daha çox şəkli buradan əldə etmək olar.