Biləsuvar müəllimləri və məktəbliləri ilə görüş

19 may 2023-cü ildə Mərkəzi Bankın və VISA Beynəlxalq Kart Təşkilatının dəstəyi ilə Qlobal Pul Həftəsində təşkil edilən müsabiqənin uğurlu iştirakçıları ilə Mərkəzi Bankın Biləsuvar Regional Mərkəzində və Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksində görüş keçirildi. Görüşlərdə Biləsuvar Regional Mərkəzinin rəhbərliyi və əməkdaşları, təhsil işçiləri, müəllimlər, valideynlər və şagirdlər iştirak etdilər.
Biləsuvar rayonunun və kəndlərinin 10 məktəbindən və Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksindən olan uğurlu müəllimlərə və şagirdlərə sertifikatlar və hədiyyələr, eyni zamanda, məktəb rəhbərlərinə və əməkdaşlarına göstərdikləri təşəbbüsə və dəstəyə görə Mərkəzi Bakın rəhbərliyi adından təşəkkür məktubları təqdim edildi.
https://bizimpullar.az/news/detail/741, https://bizimpullar.az/news/detail/744.