Müsabiqə qaliblərinin mükafatlandırılması davam edir

23 may 2023-cü ildə Mərkəzi Bankın və VISA Beynəlxalq Kart Təşkilatının dəstəyi ilə Qlobal Pul Həftəsində təşkil edilən müsabiqənin uğurlu iştirakçıları olan Qobustan rayonu Cəyirli kənd R. Hüseynov adına ümumi orta məktəbin və Bakı şəhəri 283 saylı tam orta məktəbin müəllim, şagird və valideynləri ilə görüş keçirilmişdir. Şagirdlərə sertifikatlar və hədiyyələr təqdim edilmişdir
Bundan əlavə, görüş iştirakçılarına Mərkəzi Bankın istehlakçılar üçün hazırlanmış elektron resursları haqqında ətraflı məlumat verilmişdir.
https://bizimpullar.az/news/detail/741, https://bizimpullar.az/news/detail/744.