Dünya IB məktəbinin şagirdləri Maliyyə savadlılığı seminarlarında

15 may 2023-cü il tarixində Dünya IB məktəbinin 56 şagirdi və 8 müəllimi Mərkəzi Bankın Maliyyə savadlılığı şöbəsinin təşkil etdiyi seminarlara qatılmışdılar. Seminarlar İstehlakçılarla iş departamenti Maliyyə savadlılığı şöbəsinin əməkdaşı Aytən Hacıyeva tərəfindən verilmişdir. Seminarlar interaktiv və maraqlı keçmişdir. Daha çox şəkli
Müsabiqə qaliblərinin mükafatlandırılması davam edir

12 may 2023-cü il il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı və VISA Beynalxalq kart təşkilatı tərəfindən Qlobal Pul Həftəsi çərçivəsində təşkil edilən müsabiqədə uğurlu olan növbəti müəllim və şagird qrupuna sertifikatlar və hədiyyələr təltif edilmişdir: https://bizimpullar.az/news/detail/741, https://bizimpullar.az/news/detail/744.Tədbirdə müəllimlər, ...
Azərbaycan Universitetinin tələbələri üçün seminarlar keçirilmişdir

2-4 may 2023-cü il tarixlərində Azərbaycan Universitetinin tələbələri üçün maliyyə savadlılığı mövzularında seminarlar təşkil edilmişdir. Seminarlarda “Vətəndaşlar üçün sığorta”, “Əmanətlərin sığortalanması”, “İstehlak kreditinin xüsusiyyətləri”, “Milli pul nişanlarımız və onların mühafizə elementləri” və “Neyromarketinq” mövzuları əhatə olunmuş, Mərkəzi Bankın elektron resursları ...
Azərbaycan Universitetində seminar

Azərbaycan Respublikasının Mərkəzi Bankı maliyyə savadlılığının artırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirdir. Növbəti tədbir Azərbaycan Universitetində təşkil olunacaq və aşağıda qeyd olunan mövzuları əhatə edəcəkdir. Seminarlar həmçinin Zoom platforması üzərindən yayımlanacaq.Seminarlara qeyd olunan tarix və saatlarda aşağıdakı vahid link vasitəsi ...